
Yeni reytinq siyahısında cüdo üzrə dünya çempionu Elxan Məmmədov 100 kiloqramadək çəki dərəcəsində hələ birinci pillədəki yerini qoruyur. O, bu siyahıda ikinci yerdə qərarlaşan çexiyalı cüdoçu Lukaş Krpalekanı 330 xal qabaqlayır.
Digər cüdoçularımız İlqar Müşküyev və Orxan Səfərov 60 kq-dək çəki dərəcəsində, müvafiq olaraq, 12-ci və 18-ci yerləri tuturlar. Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində səkkizinci yerdədir. Rüstəm Orucov (73 kq) 14-cü, Tural Səfquliyev (81 kq) isə hələlik 41-ci yerdə qərarlaşıb. Şahin Qəhrəmanov 90 kq-dək çəki dərəcəsində 7-ci yerdədir. Qadın idmançımız Kifayət Qasımova (57 kq) 21-ci pillədə yer alıb.