Qazaxıstanda bilet qalmadı

Qazaxıstanda bilet qalmadı

Qazaxıstan futbol klubunun mətbuat xidmətinin verdiyi məlumata görə, UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində keçriləcək “Kayrat” - “Real” matçının biletləri cəmi dörd saat ərzində satılıb. 

Qeyd olunur ki, bilet satışı sentyabrın 23-də başlayıb. Stadionun azarkeş tutumunun cəmi 23 min olmasına baxmayaraq, matç üçün onlayn bilet növbəsinə təxminən 130 min nəfər yüklənib.
Məlumat üçün bildirək ki, qarşılaşma sentyabrın 30-da keçiriləcək.