"Barselona"nın yarımmüdafiəçisi Mark Bernal yay transfer pəncərəsində komandanı tərk etmək imkanından yararlanmayıb. Jurnalist Qabriel Sanzın fikrincə, “Çelsi” və “Əl-Nəsr” yayda Bernalı almağa cəhd etsə də, 18 yaşlı futbolçu bütün təklifləri rədd edərək hazırki kulubunda qalmağa üstünlük verib. Məlumat üçün bildirək ki, Bernal çarpaz bağın yırtılması səbəbindən bir il müalicə olunub. O, La Liqanın üçüncü turunda "Valensiya"ya (6:0) qarşı matçda 9 dəqiqə meydanda olub.
Yeniyetmə futbolçu klubunu tərk etmək istəmədi
