İspaniyanın "Barselona" klubunun stadion yenilənməsi uzandığı üçün klub "Real Sosyedad"la ev oyununu  “Estadi Olimpic Lluis Kompanys” stadionunda keçirməyi qərara alıb. 
Olimpnews.az xəbər verir ki, Barselona Bələdiyyəsi stadionda təhlükəsizlik problemləri aşkarlayıb. Bu səbəbdən 1,5 milyard avroluq layihənin açılışı növbəti dəfə təxirə salınıb. Yenilənmiş stadionun tam istifadəyə veriləcəyi tarixlə bağlı hələ ki, rəsmi məlumat verilməyib. 
"Barselona" yenilənmiş stadiona nə vaxt qayıdacaq?
            
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
                                
        
                        
                        
                        
                        
                        
                        
                        
                        

