"Milan"ın fransalı qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. "Talksport" un məlumatına görə, 30 yaşlı qapıçı ilə "Mançester Yunayted" yaxından maraqlıdır. Baş məşqçi Ruben Amorimin komandası fransalı futbolçu üçün London "Çelsi"si ilə rəqabətə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Menyanın Milan klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Menyan Premyer liqanı arzulayır
