"Brayton" futbolçusu ilə birlikdə rekordla yadda qalıb

"Brayton" futbolçusu ilə birlikdə rekordla yadda qalıb

Premyer Liqa təmsilçisi "Brayton" və onun futbolçusu Dieqo Qomez İngiltərə Liqa Kubokunda statistik göstəriciyə imza atıblar. "BEIN Sports"un məlumatına görə, "Brayton" yarış tarixində ardıcıl iki matçda ən azı altı top fərqi ilə qalib gələn ilk komanda olub. Onlar əvvəlcə "Oksford" u, sonra isə "Barnsli"ni (6:0) eyni hesabla mübarizədən kənarlaşdırıblar. Klubun futbolçusu Dieqo Qomez 2007-ci ildən etibarən səfər matçlarında dörd qol vuran ilk futbolçu oldu. Buna qədər həmin rekord "Arsenal"ın heyətində Xulio Baptistaya məxsus idi. O, həmin topları "Liverpul"un qapısından keçirmişdi.