Almaniyanın futbol üzrə yığma komandasının keçmiş üzvü Andre Şürle bir neçə il əvvəl karyerasını başa vursa da, peşəkar idmandan uzaqlaşmayıb. Almaniyanın “Bild” nəşrinin məlumatına görə, 34 yaşlı futbolçu hazırda gələn ilin əvvəlində keçiriləcək “Challenge Roth” triatlonuna hazırlaşır. O, 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped və 42 kilometr qaçış olmaqla 200 kilometrdən çox məsafəni qət etməli olacaq. Məlumat üçün bildirək ki, Şürle yığma komandanın heyətində 2014-cü ildə Brazilyada dünya çempionu adına layiq görülüb.
Alman futbolçu karyerasını triatlonla davam etdirəcək
