Münhen "Bayern"i qapıçı Yonas Urbiqi qeyri-müəyyən müddətə itirməli olub.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, münhenli qapıçı məşqdən sonra əzələ ağrıları yaşayıb. Komandanın tibb heyəti Urbiqə əlavə əzələ zədəsi diaqnozu qoyub. Onun sağalma müddəti hələ ki məlum deyil. Məlumat üçün bildirək ki, Urbiq Almaniya klubunda 13 oyun keçirib, 18 qol buraxıb.