Madrid "Real" ının braziliyalı hücumçusu Vinisius Junior klubdakı gələcəyi ilə bağlı yekun qərar verib.
Olimpnews.azın nüfuzlu insayder Fabrizio Romanoya istinadən verdiyi məlumata görə, Vinisius "Real" da qalmaq istəyir. Braziliyalı klubu sevir və ayrılmaq fikri yoxdur. Müqavilənin uzadılması ilə bağlı danışıqlar davam edir. Vinisiusun hazırkı müqaviləsi onu 2026/2027 mövsümünün sonuna qədər Madrid klubuna məxsus olduğunu təsdiqləyir.