Futbol üzrə Türkiyə Super Liqasında birinci turun təxirə salınmış oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Beşiktaş" klubu səfərdə "Kayserispor"un qonağı olub. Lakin "qara qartallar" özlərini qonaq kimi aparmayıblar. Oyun Sergen Yalçının komandasının qələbəsi ilə yekunlaşıb -0:4. "Ağ-qaralar"a qələbə qazandıran qolları 15, 32 ve 58-ci dəqiqələrdə Rafa Silva ve 45+1-ci dəqiqədə Tammi Abraham vurub. "Beşiktaş" bu qalibiyyətlə xallarını 9-a çatdırıb və 1 oyun az keçirməklə 9-cu sırada yer alıb.
Liqada hələ də qələbə qazana bilməyən "Kayserispor" isə 4 xalla 15-cidir.
"Beşiktaş" Kayseridən böyükhesablı qələbə ilə qayıdır
