İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, klubun futbolçusu Covanni Leoni ön çarpaz bağlarından ciddi zədə alıb. Ötən gün "Soutkempton"la matçda zədələnən 18 yaşlı müdafiəçi üçün mövsüm erkən başa çatıb. "Mersisaytlılar" Leoninin zədələnməsindən sonra Federiko Çiezanı Çempionlar Liqasının heyətinə daxil edəcək.
Qeyd edək ki, "Liverpul" klubu ötən həftələrdə açıqladığı heyətə italiyalı futbolçunu daxil etməmişdi.
"Liverpul"un müdafiəçisi üçün mövsüm erkən başa çatdı
jpeg-1758742706.jpeg)