Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi Xorvatiya səfərində Zaqreb "Dinamo"sunun qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zaqreblilərin heyətində Dion Belyo 21-ci dəqiqədə hesabı açıb. Lakin 4 dəqiqə sonra Sebastyan Şimanski hesabı bərabərləşdirib. Matçın 51-ci dəqiqəsində Dion Belyo komandasını yenidən hesabda önə keçirib. 90+5-ci dəqiqədə isə Monsef Bakar matçda yekun hesabı müəyyənləşdirib.