Avropa Liqası: Liqa mərhələsinə start verildi

Avropa Liqası: Liqa mərhələsinə start verildi

Futbol üzrə UEFA Avropa Liqasında Liqa mərhələsinin oyunlarına start verilib. 
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə azarkeşlər 9 qarşılaşma izləyiblər. 
Günün ilk qarşılaşmalarında Danimarkanın "Midtyullann" komandası Avstriyanın "Şturm" klubunu 2:0 hesabı ilə məğlub edib. Paralel davam edən digər oyunda PAOK (Yunanıstan) - "Makkabi" (İsrail) oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb. 
Gecənin digər oyunlarında Türkiyə təmsilçisi "Fənərbağça" Xorvatiyada Zaqreb “Dinamo”suna 3:1 hesabı ilə məğlub olub. Portuqaliyanın "Braqa" klubu Niderlandın "Feyenoord" komandasına 1:0, Almaniyanın "Frayburq" klubu isə İsveçrənin "Bazel" komandasına - 2:1 hesabı ilə qalib gəlib. "Malmö" (İsveç) doğma meydanda  "Ludoqorets"ə (Bolqarıstan) məğlub olub -1:2. "Betis" (İspaniya) - "Nottingem Forest" (İngiltərə) oyunu 2:2, "Srvena Zvezda" (Serbiya) - "Seltik" (Şotlandiya) qarşılaşması isə 1:1 hesabı ilə yekunlaşıb. 
Turun digər oyunları bu gün keçiriləcək.