"Şahdağ" Turizm Mərkəzinin "Kilim" yamacına beynəlxalq sertifikat verilib

"Şahdağ" Turizm Mərkəzinin "Kilim" yamacına beynəlxalq sertifikat verilib

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzinin daha bir yamacı (Kilim) Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Bildirilib ki, "Kilim" yamacının ümumi uzunluğu 1897 metrdir. 

Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.