Ötən gün xarici mediada "Liverpul" klubunun futbolçusu Huqo Ekitikenin cəzalandırılması ilə bağlı xəbərlər yayılmışdı.
Olimpnews.az xəbər verir ki, bu gün klubun baş məşqçisi Arne Slot futbolçunun cəzalandırıldığı xəbərlərini təkzib edib: “Huqo heç bir cəza almadı. Onunla danışdım. Dərhal komanda yoldaşlarından üzr istədi. Bu klubda cəza almadan səhv etmək haqqınız var. O gəncdir və əla bir insandır”.
Qeyd edək ki, ötən gün Huqo Ekitikenin "Soutkempton"la matçda qoldan sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəbi ilə 2 həftəlik maaşı kəsildiyi qeyd olunmuşdu.