Kevin Durant üçün uğurlu təklif

Kevin Durant üçün uğurlu təklif

Milli Basketbol Assosiasiyasının (NBA) ikiqat çempionu, “Hyuston Rockets” komandasının 36 yaşlı oyunçusu Kevin Durant yaxın vaxtlarda klubu ilə müqavilənin müddətini uzadacaq. İnsayder Ceyk Fişerin verdiyi məlumata görə, Durantın müqaviləsini təxminən 122 milyon dollar dəyərində, iki əlavə mövsüm əlavə etməklə 30 iyun 2026-cı ilə qədər uzatmaq imkanı  var.

Məlumat üçün bildirək ki, 2007- ci ildə NBA-da debüt edən Durant o vaxtdan etibarən “Oklahoma City Thunder”, “Golden State Warriors”, “Brooklyn Nets” və “Phoenix Suns” komandalarında çıxış edib.