İngiltərədə hələ belə rekord olmamışdı

İngiltərədə hələ belə rekord olmamışdı

İngiltərə Premyer Liqasında VI turun ilk matçı rekordla yadda qalıb.

“Tottenhem”in futbolçusu Joao Palinyanın 94-cü dəqiqədə “Vulverhempton”un qapısından keçirdiyi qol “mahmızlar”ı məğlubiyyətdən qurtarıb. “Opta”nın məlumatına görə, şənbə günü keçirilən yeddi matçda 90-cı dəqiqədə və ya daha sonra cəmi səkkiz qol vurulub ki, bu, Premyer Liqa tarixində bir oyun günü üçün rekorddur. Qeyd edək ki, “Brentford” (“Mançester Yunayted”), “Kristal Pelas” (“Liverpul”), “Bornmut” (Lids), “Mançester Siti” (2 dəfə Börnli), “Brayton” (2 dəfə “Çelsi”) əlavə vaxtda fərqlənib.