"İnter"in hücumçu Lautaro Martinez "Kalyari" ilə qarşılaşmanın 9-cu dəqiqəsində qol vurub. Bu 28 yaşlı futbolçunun "neradzurri"nin heyətində 117-ci qolu olub. “Opta”nın məlumatına görə, bununla da argentinalı Martinez Sandro Mazzolanı qabaqlayaraq, İtaliyanın yüksək liqasında "İnter"in beşinci ən çox qol vuran oyunçusu adını qazanıb. Siyahıda yalnız Cüzeppe Meazza (197), Benito Lorenzi (138), İştvan Nyers (133) və Alessandro Altobelli (128) zirvədə qyer alıb.
Argentinalı futbolçu “İnter”in tarixinə düşüb
