İspaniya nəhəngləri Keyn üçün təklif hazırlayıblar 

İspaniya nəhəngləri Keyn üçün təklif hazırlayıblar 

Münhen “Bavariya”sının və İngiltərə millisinin mərkəzi hücumçusu Harri Keyn Almaniyadan İspaniyaya keçməyi düşünə bilər. 
“Bild” xəbər verir ki, 32 yaşlı qolçu ilə iki La Liqa klubu maraqlanır. Madrid "Real"ı və "Barselona" agentləri futbolçunun meneceri ilə görüşə hazırlaşırlar.  Transfermarkt Harrinin transfer qiymətinin75 milyon avro ilə qiymətləndirir. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonunda yekunlaşır.