"Barselona" liderliyi "Real"ın əlindən aldı

"Barselona" liderliyi "Real"ın əlindən aldı

Ispaniya La Liqasında 7-ci turun daha bir oyunu keçirilib. 

Olimpnews.az xəbər verir ki, "Barselona" klubu bu tur "Real Sosyedad"ı qəbul edib. Oyun Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hans-Diter Flikin komandası qələbə sayəsində xallarının sayını 19-a çatdıraraq liderliyə yüksəlib.