Yardımlıda atletika üzrə rayon turniri keçirilib

Yardımlıda atletika üzrə rayon turniri keçirilib

Yardımlı İdman Kompleksində “Konstitusiya və Suverenlik İli" çərçivəsində ümumtəhsil orta məktəb şagirdləri arasında atletika üzrə rayon turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan turnirdə 4 ümumtəhsil məktəbini təmsil edən 25 idmançı mübarizə aparıb.

Oğlanların 100 metr məsafəyə qaçışı üzrə baş tutan turnirin qalibi Yunis Adizadə olub. Hüseyn Abışlı ikinci, Mahir Mirzəzadə isə üçüncü yerləri tutublar. Mübarizədə yüksək yerləri qazanan atletlərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.