Modriç A Seriyasında liderdir

Modriç A Seriyasında liderdir

"Milan"ın 40 yaşlı yarımmüdafiəçisi Luka Modriç bu mövsüm bir neçə statistik göstəricilərinə görə İtaliya A Seriyasında liderliyi ələ alıb.

Olimpnews.az "Opta Sports"un məlumatına istinadən xəbər verir ki, Modriç 300 dəqiq ötürmə ilə liqada bütün rəqiblərini qabaqlayır. Xoravtiyalı futbolçu 31 dəfə topa sahibliyi bərpa edib və xətlər arasında 46 uğurlu ötürmə həyata keçirib.

Qeyd edək ki, Modriç ötən yay Madrid "Real"ından "Milan"a keçib. Onun "rossonerilər"lə müqaviləsi cari mövsümün sonuna kimidir.