Lerikdə atletika üzrə rayon turniri keçirilib

Lerikdə atletika üzrə rayon turniri keçirilib

Lerikdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər V.İbrahimov adına İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyada “Konstitusiya və Suverenlik İli" çərçivəsində yeniyetmələr arasında atletika üzrə Lerik rayon turniri keçirilib. 
Olimpnews.az xəbər verir ki, turnirdə 5 ümumtəhsil məktəbi təmsil edən 30 nəfər yeniyetmə atlet mübarizə aparıb. Turnir oğlanların 100 metr məsafəyə qaçış, tibbi top atma və uzunluğa tullanma növləri üzrə keçirilən 
yarışlarda Hüseyn Abbasov birinci yeri tutub. Həsən Əsədullayev ikinci yerə sahib çıxıb. Üçüncü yeri isə Əlirza Əlizadə tutub. 
Qalib atletlər yarışı keçirən idarə tərəfindən diplom və medallarla təltif ediliblər.