"Benfika"nın yeni təyin olunmuş baş məşqçisi Joze Mourinyo özü haqqında maraqlı fikirlər səsləndirib. "Mən heç vaxt özümü dahi hesab etməmişəm. Həmişə yaxşı məşqçi olmaq üçün inkişafa tələsmişəm. Karyeram ərzində qalib gələcəyimi düşündüyüm matçlar olub. Sonra isə hər şey başqa cür olub. Mən istəyirəm ki, oduğum yerdə mənə dəyər verən insanlara kömək edim», - deyə o, sosial şəbəkə hesabında paylaşım edib. Məlumat üçün bildirik ki, çərşənbə axşamı Çempionlar Liqasında "Benfika" "Çelsi" ilə qarşılaşacaq.