Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start veriləcək.
Olimpnews.az xəbər verir ki, azarkeşlər turun ilk oyun günündə 9 oyun izləyəcəklər. Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:45-də, digər yeddi oyun isə saat 23:00-da təşkil olunacaq. Günün ilk qarşılaşmalarında "Atalanta" (İtalya) - "Brügge" (Belçika) və "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya) oyunları baş tutacaq.
Günün digər maraqla gözlənilən qarşılaşmlarından biri İstanbulda oynanılacaq. "Qalatasaray" klubu "Liverpul"u qəbul edəcək. İspaniyanın Madrid "Atletiko"su isə doğma meydanda Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq. Joze Mourinyonun yeni komandası "Benfika" isə London səfərində "Çelsi"nin qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
30 sentyabr
II tur
20:45. "Atalanta" (İtalya) - "Brügge" (Belçika)
20:45. "Kayrat" (Qazaxıstan) - "Real" (İspaniya)
23:00. "Atletiko" (İspaniya) - "Ayntraxt" (Almaniya)
23:00. "Budyo Qlimt" (Norveç) - "Tottehem" (İngiltərə)
23:00. "Çelsi" (İngiltərə) - "Benfik" (Portuqaliya)
23:00. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
23:00. "İnter" (İtalya) - "Slavia Praqa" (Çexiya)
23:00. "Marsel" (Fransa) - "Ayaks" (Niderland)
23:00. "Pafos" (Kipr) - "Bayern Münhen" (Almaniya)


