Yay transfer pəncərəsində "Liverpul"dan "Bavariya"ya keçən hücumameyilli yarımmüdafiəçi Luis Diasın İspaniyada oynmaq şansı yaranmışdı.
Olimpnews.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" kolumbiyalı futbolçu ilə sona qədər danışıqlar aparırmış. Kataloniya klubunun idman direktoru Deku da bunu təsdiqləyib. "Biz Diası heyətə cəlb etmək üçün bütün gücümüzü səfərbər etdik. Lakin bu keçid bir sıra səbəblərə görə öz həllini tapa bilmədi. Etiraf edək ki, bəzən istəklərimiz çətinlikləri aşa bilmir», - deyə o, vurğulayıb.
Qeyd edək ki, Dias bu mövsüm Almaniya Bundesliqasında 8 oyunda, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun transfer dəyəri hazırda 70 milyon avro məbləğində qiymətləndirilir.


