"El Klassiko"ların xüsusi topu olacaq

"El Klassiko"ların xüsusi topu olacaq

Bu mövsüm La Liqa çərçivəsində keçirilən "Barselona" və "Real" arasında hər iki matç xüsusi topla oynanılacaq.

Olimpnews.az xəbər verir ki, dünən həmin topun təqdimat mərasimi keçirilib. "Puma" şirkətinin məhsulu üzərində sürət, dəqiqlik, güc və adrenalin cizgiləri öz əksini tapıb. Təqdimat “Bir oyun, bütün gözlər” -  şüarı altında keçirilib.

"Barselona" və "Real" arasında ilk "El Klassiko" oktyabrın 26-da, cavab oyunu isə mayın əvvəlində keçiriləcək.