Alonso heyətdə üç futbolçuya güvənir - Mbappe yoxdur

Alonso heyətdə üç futbolçuya güvənir - Mbappe yoxdur

Madrid "Real"ının baş məşqçisi Xabi Alonso komandada ona vacib olan üç futbolçunun adını çəkib. O, Cud Bellinqem, Vinisius Junior və Arda Gülərin komanda üçün əhəmiyyətini vurğulayıb. "Hər yeni matç mənə yeni məlumatlar verir. Oyunları təhlil etməyi və nəticəni görməyi xoşlayıram. Hazırkı heyətlə "Real" çox şeyə qadirdir. Son matçda işlər gözlədiyimiz kimi getmədi", - deyə Alonso UEFA Çempionlar Liqası çərçivəsində "Kayrat"la matçdan əvvəl keçirilən mətbuat konfrasında bildirib.

Məlumat üçün bildirək ki, 7 turdan sonra "Real" 18 xalla La Liqada ikinci pillədə qərarlaşıb.