Superkubokun vaxtı və yeri müəyyənləşib

Superkubokun vaxtı və yeri müəyyənləşib

İspaniya Kral Futbol Federasiyası öz saytında İspaniya Superkuboku baradə məlumat yerləşdirib.

Olimpnews.az xəbər verir ki, məlumata görə nüfuzlu futbol yarışı üçüncü dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunacaq. Reqlamentə əsasən, İspaniya Superkubokunun yarımfinalında “Barselona” “Atletik”lə , “Atletiko” isə “Real”la qarşılaşacaq. Yarımfinallardan biri yanvarın 7-də, digəri isə yanvarın 8-də keçiriləcək. Final görüşü isə yanvarın 11-də təşkil olunacaq.. Oyunların ardıcıllığı püşkatma nəticəsində müəyyənləşəcək.