UFC yarışları gələn il nüfuzlu platformalar üzərindən yayımlanacaq

UFC yarışları gələn il nüfuzlu platformalar üzərindən yayımlanacaq

UFC baş direktoru Dana Uayt tərəfindən idarə olunan "Zuffa Boxing" şirkəti Amerikanın media nəhəngləri "Paramount" və CBS ilə müqavilə imzalayıb.

Olimpnews.az xəbər verir ki, müqaviləyə əsasən "Paramount+" şəbəkəsi 2026-cı ildə ABŞ, Kanada və Latın Amerikasında 12 tədbiri yayımlayacağı nəzərdə tutulub. "Böyük auditoriyaya möhtəşəm boks hadisələri təqdim etdiyim üçün çox şadam. İndi milyonlarla boks həvəskarı həm gələcək idmançıların, həm də idman ulduzlarının iştirak etdiyi rəqabətli döyüşlərə baxa biləcəklər. "Paramount» UFC və boks həvəskarlarının sevimli platformasına çevriləcək", - deyə Uayt ESPN verdiyi müsahibədə elanı şərh edib.