Madrid "Real"nın mərkəz müdafiəçisi Din Huysenin atası Donni Huysen oğlunun 2024-cü ilin yayında "Yuventus"dan ayrılması ilə bağlı maraqlı açıqlamalar verib.
O qeyd edib ki, "Qoca sinyora"nin keçmiş baş məşqçisi Tiaqo Motta həmin vaxt Huyseni bəyənməmişdi. Belə olduğu təqdirdə ispaniyalı futbolçu 20 milyon avrodan aşağı qiymətə "Bornmut"a keçib. Bir il sonra «albalılar» onu 62,5 milyon avroya Madrid "Real"ına satıblar. "Bu, əsl şok idi. Din "Yuventus"da yaxşı çıxış edirdi, lakin Motta kobud şəkildə onu heyətdən uzaqlaşdırmağa qərar vermişdi", - deyə Donni Huysen "Tuttosport"a müsahibəsində bildirmişdi.
Xatırladaq ki, Tiaqo Motta Turin klubunda debüt mövsümünü uğurlu keçirə bilmədiyi üçün mart ayında işindən uzaqlaşdırılmışdı.


