"Real" Qazaxıstandan böyükhesablı qələbə ilə qayıdır

"Real" Qazaxıstandan böyükhesablı qələbə ilə qayıdır

Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ikinci turuna start verilib. 

Olimpnews.az xəbər verir ki, Madridin "Real" klubu Qazaxıstanda "Kayrat"ın qonağı olub. Oyun "Kral Klubu"nun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın heyətində Kilian Mbappe (25, 52, 73), Eduardo Kamavinqa (83 kq) və Brahim Diaz (90+3) fərqlənib.