Çempionlar Liqası: "Atalanta"dan minimal hesbalı qələbə

Çempionlar Liqası: "Atalanta"dan minimal hesbalı qələbə

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha bir oyun keçirilib. 

Olimpnews.az xəbər verir ki, İtalyanın "Atalanta" klubu doğma meydanda Belçikanın "Brügge" klubunu qonaq edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 38-ci dəqiqədə "Brügge" klubu Kristos Tzolis qolu ilə açıb. Lakin qarşılaşmanın 74-cü dəqiqəsində Lazar Samardziç penaltidən hesabdakı tarazlığı bərpa edib. 

Oyunun 87-ci dəqiqəsində Mario Pasaliç "Atalanta"ya qələbə qazandıran qolu vurub.