"Qalatasaray"dan tarixi qələbə 

"Qalatasaray"dan tarixi qələbə 

Türkiyənin "Qalatasaray" klubu futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda İngiltərənin "Liverpul" klubuna 1:0 hesabı ilə qalib gəlib.

"Rams Park"da keçirilən oyunda vurulan yeganə qolun müəllifi Viktor Osimhen olub. Nigeriyalı futbolçu 16-cı dəqiqədə penaltidən dəqiq zərbə ilə fərqlənib. Beləliklə, Okan Burukun komandası Liqa mərhələsində ilk qələbəsini qazanmaqla aktivinə üç xal yazdırıb.