Çempionlar Liqası: Liqa mərhələsində ikinci tura start verildi

Çempionlar Liqası: Liqa mərhələsində ikinci tura start verildi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunlarına start verilib.

Olimpnews.az xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma təşkil olunub. 

Günün ilk oyunlarında İspaniya təmsilçisi "Real Madrid" Qazaxıstanda "Kayrat"a 5:0, İtalyanın "Atalanta" komandası isə Belçikanın "Brügge" klubuna 2:1 hesabı ilə qalib gəlib. Günün digər maraqla gözlənilən oyunu Türkiyədə baş tutub. "Qalatasaray" İstanbulda İngiltərənin "Liverpul" klubuna minimal hesabla qalib gəlib -1:0. İspaniyanın "Atletiko" komandası Almaniyanın "Ayntraxt" klubunu 5:1, "Çelsi" (İngiltərə) isə "Benfika"nı (Prtuqaliya) minimal hesabla (1:0) məğlub edib. "İnter" (İtaliya) doğma meydanda "Slaviya" (Çexiya) klubunu 3:0, Fransanın "Marsel" komandası isə Niderland "Ayaks"ını 4:0 hesabı ilə üstələyib. Gecənin digər böyükhesablı qələbəsi Kiprdə qeydə alınıb. "Pafos" klubu doğma meydanda Almaniya nəhəngi "Bayern Münhen" klubuna 5:1 hesabı ilə məğlub olub. Norveçin "Budyo Qlimt" klubu isə doğma azarkeşlər önündə Avropa Liqasının ötənilki qalibi "Tottenhem"lə bərabərliyə qalıb -2:2. 

Qeyd edək ki, II turun digər doqquz oyunu bu gün təşkil olumacaq.