Qadın boksçularımız beynəlxalq turnirə hazırlaşırlar

Qadın boksçularımız beynəlxalq turnirə hazırlaşırlar

Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçib. Komandamız orada fevralın 28-dən martın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlaşıb. Yarışda 7 boksçumuz - Ceyran Dadaşova (49 kq), Anaxanım Ağayeva, Alina Hacıyeva (81+kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (60 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq) mübarizə aparacaq 3 boksçumuz - Əzizə Abbasova, Leyla Cavadova və Yana Sidor isə Polşada beynəlxalq turnirdə yarışacaqlar.