Rusiya prezidenti Vladimir Putin Soçi-2014 Qış Olimpiya Oyunlarında medal alan idmançıları mükafatlandırıb. Təntənəli mərasim Olimpiya kəndində keçirilib. V.Putin üçqat Olimpiya çempionu, Soçi-2014 Olimpiadasının bürünc mükafatçısı Viktor Anı və eləcə də ikiqat Olimpiya çempionları Viktor Uayld, Aleksey Voyevod, Tatyana Volosojar, Aleksandr Zubkov və Maksim Trankovu "Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
"Şərəf” ordeni isə Soçi-2014 Olimpiadasının çempionları - üç dəfə Olimpiya oyunlarının gümüş medalını qazanmış Maksim Vıleqjaninə, ikiqat gümüş mükafatçı Albert Demçenko, Yevgeni Plyuşenko və Yevgeni Ustyuqova təqdim edilib. Qalan medalçılar da Rusiya Prezidenti tərəfindən orden və medallarla təltif olunublar.
Qeyd edək ki, Rusiya yığması XXII Qış Olimpiya Oyunlarında 33 medal (13 qızıl, 11 gümüş və 9 bürünc) qazanaraq yarışı I yerdə başa vurub.