Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann komandanın heyətində 200-cü qolunu vurub.
Olimpnews.az xəbər verir ki, 34 yaşlı fransalı futbolçu UEFA Çempionlar Liqasında Frankfurt “Ayntraxt”ına 5:1 hesabı ilə qalib gəldiyi matçda fərqlənib. "Antuana komandaya verdiyi töhfəyə görə minnətdaram. Onun kluba ilk gəldiyi vaxtı xatırlayıram. Cinah oyunçusu idi və biz onu hücumameyilli yarımmüdafiəçi kimi sınamışdıq. Azarkeşlərin minnətdarlığı Qrizmanın "Atletiko" üçün nə qədər önəmli olduğunun bir daha sübutudur", - deyə Simeone UEFA-ya müsahibəsində qeyd edib.