""Liverpul" futbol deyil, basketbol oynayır"

""Liverpul" futbol deyil, basketbol oynayır"

"Liverpul"un veteran müdafiəçisi Ceymi Karraqer keçmiş komandasının UEFA Çempionlar Liqasında "Qalatasaray"a 0:1 hesabı ilə məğlubiyəttinə görə sərt sözlər səsləndirib. "Mən yüksək səviyyəli komanda görmürəm. "Liverpul"  futbol deyil, basketbol oynayır. Eyni sözləri Slota "Bornmut"la ilk oyundan sonra demişəm ", - deyə Karrager vurğulayıb.

Qeyd edək ki, "Liverpul" ardıcıl olaraq ikinci matçdır ki, məğlubiyyətlə üzləşir. Arne Slotun rəhbərliyi altında komanda  şənbə günü Premyer Liqada "Kristal Pelas"a 2:1, dünən isə «Qalatasaray»a 0:1 hesabilə uduzub.