Açıq Avropa çempionatının qalibi olan Məhərrəm İmamverdiyev doğma klubu “Judo Club 2012”də qalib kimi qarşılanıb.
Olimpbews.az xəbər verir ki, o, Praqada qazandığı qızıl medalı ilə kluba gələrək sevincini həm komanda yoldaşları, həm də yeniyetmə idmançılarla bölüşüb.
Çempionumuz medalını gənc cüdoçulara nümayiş etdirib, onları daha çox çalışmağa və yeni uğurlara can atmağa ruhlandırıb. Onun qələbəsi klubun hər bir üzvü üçün motivasiya, gələcək uğurlar üçün isə ilham mənbəyi oldu.
Qeyd edək ki, sentyabrın 28-29-da Çexiyanın paytaxtı Praqda keçirilən açıq Avropa turnirində -81 kq çəki dərəcəsində çıxış edən Məhərrəm İmamverdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.