Avropa Liqası: "Fənərbağça" İstanbulda minimal hesablı qələbə qazandı

Avropa Liqası: "Fənərbağça" İstanbulda minimal hesablı qələbə qazandı

Bu gün futbol üzrə UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunlarına start verilib.  

Olimpnews.az xəbər verir ki, Türkiyənin  “Fənərbaxça” klubu doğma meydanda Fransanın “Nitsa” klubunu qəbul edib. Oyun İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Oyunda hesab erkən qola açılıb. Üçüncü dəqiqədə Kərəm Aktürkoğlu "sarı-lacivərdlilər"i hesabda irəli çıxarıb. Matçın 25-ci dəqiqəsində Aktürkoğlu özünün və qkomandasının ikinci qolunu vurub. Qonaqların təsəlli qolunu isə 35-ci dəqiqədə penaltidən Kevin Omoruyi vurub. Beləliklə, "Fənərbağça" klubu aktivinə üç xal yazdırıb.