Avropa Liqası: "Roma" doğma meydanda məğlub oldu

Avropa Liqası: "Roma" doğma meydanda məğlub oldu

Futbol üzrə UEFA Avropa Liqasında Liqa mərhələsinin ikinci turu çərçivəsində daha bir oyun keçirilib. 

Olimpnews.az xəbər verir ki, İtaliyanın "Roma" klubu doğma meydanda Fransanın "Lill" klubunu qonaq edib. Oyunun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 6-cı dəqiqədə fərqlənən "Lill"in futbolçusu Hakon Arnar Haraldsson olub. Beləliklə, İtaliya təmsilçisi "Olimpiko" stadionunda doğma azarkeşlər önündə 1:0 hesabı ilə məğlub olub.