"Milan"ın keçmiş baş məşqçisi "Əl-İttihad"la razılıq əldə etdi

"Milan"ın keçmiş baş məşqçisi "Əl-İttihad"la razılıq əldə etdi

Portuqaliyalı mütəxəssis Serxio Konseisao Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə razılığa gəlib. 

Olimpnews.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə bütün şərtlərdə razılıq əldə olunub. Təcrübəli məşqçi ilə 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Konseisaonun sonuncu iş yeri İtaliyanın "Milan" klubu olub. O, 2024-25-ci illər mövsümündə "rossonerilər"in baş məşqçisi kimi çalışıb.