Misli Premyer Liqasında yeddinci tura start verilir

Misli Premyer Liqasında yeddinci tura start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII turun oyunlarına start veriləcək. 
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günə "İmişli" - "Araz-Naxçıvan" oyunu ile start veriləcək. "Liv Bona Dea Arena"da keçirilən oyununun start fiti saat 17:00-da səslənəcək. Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Günün ikinci oyununda "Neftçi" komandası "Zirə"nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyuna saat 19:30-da start veriləcək. Oyunun baş hakimi Kamal Umudlu olacaq. 
Qeyd edək ki, turun digər oyunları oktyabrın 4-5-də təşkil olunacaq.