Şahmatçımız İasi sınağına hazırlaşır

Şahmatçımız İasi sınağına hazırlaşır


Rumıniyada "Open IASI” beynəlxalq şahmat festivalı keçiriləcəkdir.
Festival mayın 10-dan 18-dək İasi şəhərində keçiriləcək. İştirakçıların ilkin siyahısında beynəlxalq dərəcəli usta Zaur Məmmədovun da adı var. Azərbaycan şahmatçısının rəqibləri yerli oyunçularla yanaşı Türkiyə, Rusiya, Moldova, Hollandiya, Serbiya, Almaniya, Hindistan və digər ölkələrin nümayəndələri olacaqlar.