“Kristal Pelas”ın oyunçusu da yığmamıza qarşı çıxış edəcək

“Kristal Pelas”ın oyunçusu da yığmamıza qarşı çıxış edəcək

“Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta Fransa millisinə çağrılıb.

Olimpnews.az xəbər verir ki, "Tribal Football"un yaydığı xəbərə görə 28 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycana qarşı keçiriləcək oyunlarda iştirak edəcək.
Qeyd edək ki, Mateta bu mövsüm İngiltərə Premyer Liqasında "qartallar"ın heyətində 6 oyunda forma geyinib və 2 qol vurub.