"Zadəganlar" qışda hərəkətə keçəcəklər

"Zadəganlar" qışda hərəkətə keçəcəklər

"Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo "Çelsi"nin diqqət mərkəzinə düşüb. "Zadəganlar" müdafiə xəttində çatışmazlığı aradan qaldırmaq üçün qışda ona təklif göndərəcək. "Diario Sport" xəbər verir ki, "Çelsi" Arauxo üçün "Liverpul" və "Tottenhem"lə rəqabətə hazırdır.
Qeyd edək ki, Transfermarkt portalı Ronald Arauxonun dəyərini 35 milyon avro olaraq qiymətləndirir. 26 yaşlı futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.