"Qızıl top" mükafatının son qalibi Osman Dembele müalicə üçün Qətərə yola düşüb. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə fransalı futbolçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. Hazırda Dembele Dohadakı "Aspetar" klinikasında reabilitasiya kursu keçir.
Məlumat üçün bildirək ki, həmin klinika idmançılar və ortopedik cərrahiyyə üzrə ixtisaslaşıb.
"Qızıl top" un sahibi Qətərə yollanıb
