"Barselona" böyük layihədən geri çəkilir

"Barselona" böyük layihədən geri çəkilir

"Barselona" Avropa Super Liqası layihəsinə verdiyi dəstəyi geri götürmək niyyətindədir. RAC1 telekanalının məlumatına görə, "Barselona" və "Real"  Avropa futbolunda islahatların ən səs-küylü tərəfdarları olublar. Lakin indi Kataloniya nəhəngləri layihədən imtina etməyi planlaşdırır. Mənbə bunu klubun son vaxtlar UEFA ilə münasibətlərinin xeyli yaxşılaşması ilə əlaqələndirir.