Misli Premyer Liqası: "Araz-Naxçıvan"dan inamlı qələbə

Misli Premyer Liqası: "Araz-Naxçıvan"dan inamlı qələbə

Futbol üzrə Misli Premyer Liqasında yeddinci turun oyunlarına start verilib. 
Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Araz-Naxçıvan" klubu "Liv Bona Dea Arena"da "İmişli"ni qəbul edib. 
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Naxçıvan təmsilçisinin heyətində 33-cü dəqiqədə qolları Ba-Muaka Simakala 90+5-ci dəqiqədə isə Ülvi İsgəndərov vurub.
Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Araz-Naxçıvan" birinci pilləyə yüksəlib. "İmişli" isə 8 xalla yeddincidir.